Close

Bayram günlərində bu qədər adam zəhərləndi

Bayram günlərində (18.03.2025-ci il tarixindən 24.03.2025-ci il tarixinə qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 20 nəfər qəbul edilib.

Bu barədə TNS-ə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Müraciət edənlərdə ürəkbulanma, qusma və mədə şikayətləri olub.

Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.

Aygün