Close

Sabah hava necə olacaq?

Azərbaycanda martın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TNS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 771 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.