Close

09:09
21 Mart 2025

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Martın 20-si saat 21:00-a olan məlumata əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən TNS-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında, eyni zamanda Göygöl, Gəncə, Naftalan, Goranboy, Tovuz, Şəmkir, Şəki, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Xınalıq, Qusar, Xaltan, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Xocalı, Mingəçevir, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Hacıqabul, İmişli, Yardımlı, Lerik, Lənkəran və Astarada fasilələrlə yağış yağır.

Gədəbəy, Şahdağ, Şuşa, Qax (Sarıbaş) və Daşkəsəndə isə arabir qar yağır.