Close

Bu məktəblərdə tətil daha az olacaq

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük (6) tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək.

Bu barədə TNS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü aprelin 1-nə təsadüf edəcək.