Filial müdiri direktor təyin edildi
21
12:54 - 19 Mart 2025

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsindəki "Aztelekom" MMC-ə məxsus "Azərrabitəlayihə" MMC-nin direktoru Kənan Novruzzadə vəzifəsindən azad edilib.
TNS xəbər verir ki, şirkətə rəhbərlik Nazim Əliyevə həvalə olunub.
Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.
"Aztelekom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir.