Sərnişindaşımada dövlət operatorunun payı nə qədərdir?

Avtobusla sərnişindaşıma üzrə yeganə dövlət operatoru olan “BakuBus” MMC hazırda şəhərdaxili 52 müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərir.
Bu barədə TNS-in sorğusuna cavab olaraq MMC-dən bildirilib.
Bundan başqa, “BakuBus” avtobusları Gəncə, Mingəçevir, Zaqatala, Qazax, Tərtər, Bərdə və Naxçıvan istiqamətləri üzrə də marşrut xətləri ilə fəaliyyət göstərir.
“Dövlət operatoru olaraq, günlük 900-ə yaxın avtobus xəttə çıxarılır və 600 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınmasını təmin edilir. Bundan əlavə, “BakuBus” ın hava limanı ekspres xətti 24 saatlıq fasiləsiz rejimdə sərnişinlərə xidmət göstərir”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Bakı şəhəri üzrə sərnişindaşımada istismar edilən avtobusların sayı 2203-ə çatıb.
Aygün