Close

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTO

Martın 18-də - İlaxır çərşənbəsi günündə Heydər Əliyev Fondunun dəstəyi ilə qəhrəman şəhidlərimizin övladları üçün Novruz şənliyi keçirilib.

TNS xəbər verir ki, Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından xüsusi ayrılmış avtobuslarla Qubaya yola düşən uşaqlar burada onlar üçün təşkil olunan bayram süfrəsi ətrafında maraqlı bir gün keçiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində şəhid övladları ilə birgə olub.

Azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, DJ-lərin, animatorların iştirakı ilə təqdim olunan müxtəlif əyləncə və şou-proqramlara qatılıb, rəqs edib, oyunlarda iştirak ediblər.

Bayram şənliyinin sonunda doğum günü olan uşaqlarla birgə tort kəsilib və tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqları, həmçinin şəhidlərimizin bizə əmanəti olan övladlarını hər zaman diqqətdə saxlayır. Fond bu kateqoriyadan olan uşaqlar üçün mütəmadi tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim layihələr reallaşdırır.

17423149512992162209_1200x630 17423149514470553365_1200x630 17423149512251942373_1200x630 17423149511265061536_1200x630 1742314951911039059_1200x630 17423149515634016584_1200x630 1742314951426031651_1200x630 17423149513412640603_1200x630 1742314951216326561_1200x630 17423149515933132670_1200x630 17423149513595210784_1200x630 1742314951280633001_1200x630 17423149512452335558_1200x630