“Kənddən Şəhərə” Novruz yarmarkası sabah başa çatır - FOTOLAR

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən keçirilən “Kənddən Şəhərə” Novruz yarmarkası sabah başa çatacaq.
TNS nazirliyə istinadla xəbər verir ki, martın 8-dən başlayan yarmarka artıq 11 gündür davam edir.
Əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçirilən yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır.
Yarmarkada ümumilikdə 20-dən artıq regiondan 55-dən çox fermeri iştirak edir.
Fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.