Close

Novruz bayramında əfv olacaq?

Xəbər verdiyimiz kimi, martın 12-də Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci ildə dördüncü iclası keçirilib.

Komissiyanın iclasları yekunlaşıbmı? Novruz bayramında Əfv Sərəncamının imzalanacağı gözlənilir? 

Komissiyanın üzvü Rəşad Məcid TNS-ə açıqlamasında bildirib ki, iclaslar aprel ayına kimi davam edəcək: "Komissiya işini davam etdirir. İclasların may ayının sonlarına doğru yekunlaşacağı gözlənilir".

Qeyd edək ki, əfv Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Prezident yanında Əfv Komissiyası ərizələrə müsbət rəy verməklə, həmin şəxsin əfvini tövsiyə edir. Azərbaycan Prezidenti məhkumu cəzasının qalan hissəsini çəkməkdən azad edə, ona təyin olunmuş cəzanın müddətini azalda və ya məhkumun cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. O cümlədən, ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzasını 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğunun götürülməsinə fərman verə bilər.

Azadə Yolçu