Close

Bu qida məhsullarında uyğunsuzluq aşkarlandı - FOTOLAR

Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. 

Bu barədə TNS-ə AQTA-dan məlumat verilib. 

Bildirilir ki, uyğunsuzluqlar əsasən məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və Aflatoksin B1-in normadan artıq olması ilə bağlı olub.

Uyğunsuzluq aşkarlanan məhsullarla bu linkə keçid edərək tanış ola bilərsiniz.

Faktla bağlı normativ tələblərə cavab verməyən məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya utilizasiyası barədə qərar qəbul olunub.