Bakı-Tbilisi-Bakı dəmiryolu mayda açılacaq? - RƏSMİ
17
15:54 - 17 Mart 2025

Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ qərar yoxdur.
TNS xəbər verir ki, bu barədə APA-ya ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov, reysin mayın 1-dən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumata münasibət bildirərkən deyib.
“Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik”, - Azər Fərəcov qeyd edib.
Qeyd edək ki, Gürcüstan tərəfi bu ilin may ayında Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılacağını bildirmişdi.