Nazir onlara yüksək vəzifə verdi - FOTO
17
14:47 - 17 Mart 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin olunub.
TNS quruma istinadla xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmr imzalayıb.
Əmrə əsasən, Tural Mailov və Aygün Musayeva DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.
T. Mailov bundan əvvəl Agentliyin İdarə Heyəti sədrinin müşaviri, A. Musayeva isə DOST Xidmətləri departamentinin müdiri vəzifələrində çalışıblar.