Sabah İlaxır çərşənbədir
8
14:41 - 17 Mart 2025

Sabah Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - İlaxır çərşənbədir.
TNS xəbər verir ki, bu çərşənbə xalq arasında İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır.
İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə bağ-bostan, dirilik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.