Bakıda 507 avtobusda kartla ödəniş mümkün deyil
9
13:24 - 17 Mart 2025

Bakı şəhəri üzrə sərnişindaşımada istismar edilən avtobusların sayı 2203-ə çatdırılıb..
Bu barədə TNS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, 2022-ci ildə bu göstərici 1720 olub.
Hazırda Bakı şəhəri üzrə fəaliyyət göstərən 1696 avtobusda ödənişlər nağdsız qaydada həyata keçirilir. Bu da avtobus parkının 77%-ni təşkil edir.