Sosial müavinətlər və təqaüdlər bu qədər artırılacaq

“Əvvəlki illərlə müqayisədə yaşa görə müavinət alanların sayında artımlar müşahidə edilir. Rəsmi statistikaya görə, hazırda 156 min 200 vətəndaşımız yaşa görə müavinət alır”.
Bunu TNS-ə açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov deyib.
Deputat bu müavinətlərin nə zaman artırılacağına da toxunub: “Prezident İlham Əliyev 2024-cü il 23 dekabr tarixli Sərəncamında Nazirlər Kabinetinə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb. Nazirlər Kabineti yaxın günlərdə təkliflərini təqdim edəcək. Təkliflər dövlət başçısına təqdim olunduqdan sonra müvafiq sənəd imzalanacaq və bununla da Azərbaycanda sosial paketin növbəti mərhələsi olaraq sosial müvainət və təqaüdlər artırılacaq”.
O qeyd edib ki, hansı sosial müavinətin nə qədər artacağı Nazirlər Kabineti tərəfindən təqdim olunan təkliflərdən sonra məlum olacaq: “Yaşa görə müavinətin artırılmasını təklif etmişik. Bu məsələ müzakirə olunan mövzulardandır. Rəsmi statistikaya görə, hazırda 156 min 200 vətəndaşımız yaşa görə müavinət alır. Onların aldıqları məbləğin miqdarı isə 220 manatdır. Əvvəlki illərlə müqayisədə yaşa görə müavinət alanların sayında artımlar müşahidə edilir. Bütövlükdə hansı sosial müavinətlərin və təqaüdlərin nə qədər artırılacağı ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunduqdan sonra məlum olacaq”.
Aygün