Pensiya və sosial müavinətlər bayrama qədər veriləcək?
392
10:38 - 17 Mart 2025

Bu ay Bakı və Abşeron üzrə pensiyalar ödənilsə də, sosial müavinətlər, bölgələr üzrə pensiyalar hələ ki, verilməyib.
TNS Dövlət Sosial Müdafiə Fonduna bölgələr üzrə pensiyaların, digər sosial müavinətlərin, xüsusilə, yaşa görə müavinətlərin bayrama qədər ödənilib-ödənilməyəcəyi ilə bağlı sorğu verib.
Qurumdan pensiya və müavinətlərin ödəniləcəyi tarix açıqlanmayıb, bu barədə məlumat veriləcəyi bildirilib.