Close

Metrodakı sərnişin sıxlığının səbəbi nədir? - RƏSMİ

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında sərnişin sıxlığı müşahidə olunub.

Bu barədə TNS-in sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.

Qurum əlavəedib ki, stansiyanın infrastrukturu ilə bağlı texniki problem yoxdur:

"Bildiririk ki, metropolitenə dair bütün infrastruktur, o cümlədən qatarların hərəkəti və intervallari ilə bağlı heç bir problem müşahidə olunmur".