Close

İsmayıllıda mal-qaranın tələf olmasına səbəb nədir? - VİDEO

İsmayıllı rayonunun Kürdmaşı kəndində bir neçə gün öncə baş verən heyvan tələfatı kənd sakinlərinə təşviş yaşadıb.

TNS xəbər verir ki, iddialara görə, mal-qaranın ölümünə səbəb quduzluq xəstəliyidir.

"Deyirlər ki, quduzluq deyil, onda analiz götürülsün, hansı xəstəlik olduğu öyrənilsin", - kənd sakini söyləyib.

Baytarlıq Xidmətləri İdarəsindən isə bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə keçirilən monitorinq zamanı Kürdmaşı kəndində bu günə qədər heç bir heyvanda quduzluq xəstəliyinə xas olan nişanələr mövcud olmayıb.

Tələf olma hadisələrinə səbəb yem zəhərlənməsi olub.

Daha ətraflı Baku TV-nin videomaterialında: