Close

Bakıda bu marşrutların hərəkət sxemi dəyişdiriləcək

Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar, martın 17-dən 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə TNS Azərbaycan Yerüstü Nəqliyyat Agentlyindən bildirilib.

17 nömrəli marşrut:

Fətəli xan Xoyski → Ağa Nemətulla → Təbriz

Təbriz → Ağa Nemətulla → Fətəli xan Xoyski

Daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

24 nömrəli marşrut:

Ziya Bünyadov pr. → Əhməd Rəcəbli → Təbriz

Əhməd Rəcəbli → Ziya Bünyadov pr.

Daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.