O, yeni sədr seçildi - FOTO

Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçilib.
TNS xəbər verir ki, İbrahim İbrahimov Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) növbəti hesabat-seçki iclasında səsvermədən sonra yeni sədri seçilib.
O, Bakı Ali Neft Məktəbindən MBA (Biznesin İdarəedilməsi üzrə Magistr), Qafqaz Universitetindən isə Dövlət İdarəçiliyi üzrə bakalavr dərəcəsinə malikdir. O, həmçinin Strateji İnsan Resursları Lideri (Certified Strategic HR Leader-AİHR) sertifikatına sahibdir və "III Yüksəliş Müsabiqəsi"nin finalçısıdır.
Qeyd edək ki, AİRA 2018-ci ildən aktiv fəaliyyət göstərir və COVİD-19 pandemiyası dövründə, eləcə də post-pandemiya mərhələsində onlayn və sinif formatında müxtəlif görüşlər və layihələr həyata keçirib. Bu müddət ərzində HR Debat, HR Digital, HR trendlər, HR ensiklopediya, gənclərlə iş, könüllülük, insan resurslarının idarəedilməsi sahəsində maarifləndirmə, xeyriyyə aksiyaları, əmək münasibətlərində mediasiyanın rolu, sosial çağırışlar və qadınların rolu mövzularında bir sıra tədbirlər və təlimlər təşkil edilib. Post-pandemiya dövründə isə təşkilat insan resursları, performans menecmenti və süni intellektin insan resursları sahəsində tətbiqi istiqamətlərində maarifləndirici təlimlərini davam etdirib.