17 polis xidmətdən xaric edildi
53
12:27 - 14 Mart 2025

Ötən il daxili nəzarət qaydasında aşkarlanmış 118 fakt üzrə 152 daxili işlər orqanının əməkdaşı intizam qaydasında cəzalandırılıb.
TNS xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, onlardan 17-i xidmətdən xaric olunub:
“Onlardan 13-ü tutduğu vəzifədən azad edilib, 6-nın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 116-sı barəsində digər tənbeh tədbirləri görülüb”.