Sabah iməcilikdir
13
09:52 - 14 Mart 2025

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə və təşkilatlara müraciət ünvanlayıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən TNS-ə bildirilib ki, yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirəcək.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları iməclikdə fəal iştirak etməyə çağırır.