Close

18:13
12 Mart 2025

TƏBİB şəhidin jurnalist oğlu ilə bağlı məlumat yaydı

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 10.03.2025-ci il tarixində saat 23:45 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən çağırış daxil olub.

Bu barədə TƏBİB TNS-in sorğusuna cavab olaraq bildirib. 

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 41 yaşlı şəxs (kişi cinsli) alkoqol intoksikasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

Ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, zəhərlənən şəxs Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərovdur. O, bir müddət əvvəl sosial şəbəkələrdə status və səs yazısı paylaşaraq səhhətinin ağır olduğunu, ölüm təhlükəsi ilə üzləşdiyini bildirib. Bu paylaşımdan sonra səhiyyə qurumları onu təcili yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə çatdırıb.

Aygün