Spirtli içkidən zəhərlənən jurnalistin son vəziyyəti açıqlandı

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunur.
Mərkəzin baş toksikoloqu Azər Maqsudov TNS-ə bildirib ki, spirtli içkidən zəhərlənən jurnalistin vəziyyəti hazırda orta ağır, stabildir:
“Ceyhun Əsgərov hazırda reabilitasiyadadır. Vəziyyəti orta-ağır, stabildir”.
Qeyd edək ki, o, bir müddət əvvəl sosial şəbəkələrdə status və səs yazısı paylaşaraq səhhətinin ağır olduğunu, ölüm təhlükəsi ilə üzləşdiyini bildirib.
Bu paylaşımdan sonra səhiyyə qurumları onu təcili yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə çatdırıb.
Aygün