"Bolt" sürücüləri blokladı - SƏBƏB
79
09:57 - 12 Mart 2025

"Bolt" bu gündən bir çox sürücünü bloklayıb.
TNS xəbər verir ki, populyar taksi platforması Azərbaycanda bir çox sürücünün fəaliyyətini dayandırıb.
Səbəb isə təlim sertifikatında uyğunsuzluqlar aşkarlanıb. Sürücülərə sertifikatlarını yenidən təqdim etmək tələbi qoyulub.
Taksi sürücüləri etik davranış və sərnişindaşıma qaydalarına dair xüsusi təlimlər keçməli, müvafiq şəhadətnamə əldə etməlidirlər.