Bakının bu ərazisində qaz olmayacaq
9
09:44 - 12 Mart 2025

Bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə TNS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Lökbatan qəsəbəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, məqsədilə martın 12-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci və 3-cü massivlərin, Nizami, Musəvi, S.Orucov küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.