Nazir generalın yerinə yeni rəis təyin etdi
125
13:57 - 11 Mart 2025

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərargah rəisi vəzifəsinə yeni təyinat olub.
TNS Manset.az-a istinadla xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov sözügedən vəzifəyə təyin olunub.
Qeyd edək ki, XRXX rəisinin birinci müavini, qərargah rəisi FHN-in ən gənc generallarından olan general-mayor Raul Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib.