Close

Həcc səfəri bu tarixdə başlayacaq

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar mayın 25-dən 30-dək hərəkət edəcəklər.

Bu barədə TNS-ə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

Hazırda sənəd qəbulunun davam etdiyini deyən Vüsal Cahangiri məhdud sayda yerlərin qaldığını da vurğulayıb.

O, bu il Azərbaycandan olan zəvvarlar üçün 1300-dək kvota ayrılacağını bildirib ki, bu da ötənilki rəqmdən (1500) bir qədər azdır.

Qeyd edək ki, bu il bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Aygün