Close

Məcəllə təsdiqləndi: kimlər pulsuz ev alacaqlar? - VİDEO

Azərbaycan Prezidenti cənab İlham Əliyev “Mənzil Məcəlləsi”nə olunan dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

TNS xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, dövlət dəstəyi ilə bir sıra ailələr və vətəndaşlarımız pulsuz evə sahib olurlar: "Mövcud qanunvericiliyə əsasən, şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzası ilə bağlı əlilliyi olan şəxslər və valdeynlərini itirmiş vətəndaşlarımıza sosial mənzil fondundan istifadə etməyə şərait yaradılır. Yeni dəyişikliklərə yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Bu, pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq.

Yeni qaydalara əsasən, Sosial Mənzil Məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təsdiqlənib. Bu, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Qanuna əsasən, vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alına bilərlər".