Close

Əfv gözləyənlərə şad xəbər - Komissiya 4-cü dəfə toplaşır

Xəbər verdiyimiz kimi, Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci ildə dördüncü iclasının bu həftə keçirilməyi nəzərdə tutulurdu.

Komissiyanın üzvü Rəşad Məcid TNS-ə açıqlamasında iclasın martın 12-ə planlaşdırıldığını açıqlayıb. 

O bildirib ki, bu, Komissiyanın bu il üzrə 4-cü iclası olacaq.

Qeyd edək ki, əfv, Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Prezident yanında Əfv Komissiyası ərizələrə müsbət rəy verməklə, həmin şəxsin əfvini tövsiyə edir. Azərbaycan Prezidenti məhkumu cəzasının qalan hissəsini çəkməkdən azad edə, ona təyin olunmuş cəzanın müddətini azalda və ya məhkumun cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. O cümlədən, ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzasını 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğunun götürülməsinə fərman verə bilər.

Azadə Yolçu