Daha bir rəis işdən çıxarıldı
40
11:55 - 03 Mart 2025

"Bakı Metropoliteni" QSC-də daha bir idarə rəisi işdən çıxarılıb.
TNS Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə qurumun sədri Vüsal Aslanov əmr imzalayıb.
Əmrə əsasən, qurumun Təchizat İdarəsinin rəisi İlqar Qasımov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, İlqar Qasımov 5 ildən arıtıq müddətdə sözügedən vəzifədə çalışırdı.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin Marketinq şöbəsinin rəhbəri Lalə Babayeva da işdən çıxarılıb.