Sabiq sədr müavininin vəzifəli qızı da işdən çıxarıldı - FOTO

“Bakı Metropoliteni” QSC-nin Marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.
TNS “Qaynarinfo”ya istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.
Xatırladaq ki, 6 il əvvəl L. Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı”, - deyə o, qalmaqallı şərhində bildirmişdi. Daha sonra isə yazdıqlarının düzgün anlaşılmadığını bildirərək üzr istəmişdi.
Qeyd edək ki, Lalə Babayeva 2015-ci ildən “Bakı Metropoliteni” QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Z. Babayev əvvəllər “Bakıelektrikşəbəkə” ASC-də çalışıb. O, “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.
Onu da qeyd edək ki, Lalə Babayeva 2015-ci ildən "Bakı Metropoliteni" QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətində çalışıb. O, "Bakı Metropoliteni" QSC sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.