Close

Hacı Şahinin vəfatından 2 il ötür

Bu gün - martın 2-də tanınmış ilahiyyatçı və ictimai xadim Hacı Şahinin vəfatından 2 il ötür.

TNS 2 il öncə  vəfat edən azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahin haqqında maraqlı faktları təqdim edir:

h1_1677752717

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib. Atası iqtisadçı, anası müəllim olub. Əkiz qardaşı ilə o evin kiçik uşaqları olublar. Onun ailəsi Yasamalda məşhur “müəllimlər binası”nda yaşayıblar. Yay tətillərində Göyçayda qalan bibisigilə qonaq getməyi çox xoşlayıb.

Şahin Hüseyn oğlu Həsənli 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsində oxuyub. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.

2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

e5903b5b6b0a1c1ec15d83267372783f

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi. “Məşədi Dadaş” məsciddində İmam vəzifəsini icra edib. 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

Ömrünün son günlərində "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi kimi fəaliyyət göstərib.

329311015_474718731410394_7356993667634396008_n_1677752895

Heç bir siyasi partiyaya üzv deyildi.

Azərbaycan, ərəb, fars və rus dillərini mükəmməl bilirdi.

Ailəli idi. İki qızı və iki oğlu var.

157526053_275177547303873_1967578255160091477_n_1677752806

Onun dəfn mərasimi görünməmiş izdihamla yadda qalıb. Ən yadda qalan isə şəhid analarının Hacı Şahin Həsənlinin məzarını ziyarət etdikdən sonra oğullarının fotosunu Hacının məzarına asmaları olmuşdu. Bu da əbəs deyildi, çünki Hacı Şahin ölümündən əvvəl şəhidlərin dəfnində iştirak edər, tez-tez ailələri ilə görüşərdi. 

Qeyd edək ki, Hacı Şahin 2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat edib. O, Yasamal qəbiristanlığında dəfn olunub.