Close

Əfv Komissiyasında ən çox hansı müraciətlər müzakirə edildi? - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci ildə ikinci iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid TNS-in iclasda baxılan müraciətlərlə bağlı suallarını cavablandırıb.

O bildirib ki, iclası Komissiyanın sədri Samir Nuriyev açıb:

"İclasda 100-dən çox müraciətə baxılıb. Əsasən qəsdən öldürməyə cəhd, sağlamlığa ağır zərərvurma, adam oğurluğuna cəhd, oğurluq və soyğunçuluqla bağlı cinayətlərdə məhkum olunmuş müraciətləri müzakirəyə çıxarılıb. Komissiya hər bir müraciətlə bağlı müzakirə apararaq səsvermə nəticəsində qərarlar qəbul etdi".

Komissiya üzvü qeyd edib ki, Komissiya növbəti həftə öz işini davam etdirəcək: "Komissiyanın növbəti iclası gələn həftə davam edəcək. Əfv məsələləri Prezidentin müstəsna səlahiyyətidir, humanizm və mərhəmət aktıdır. Komissiya iclaslarını yekunlaşdırandan sonra müsbət rəy verilmiş sənədlər toplanaraq cənab Prezidentə təqdim olunacaq. Yəqin ki, yaxın aylarda biz Prezident tərəfindən növbəti əfv Sərəncamının imzalmasının şahidi olacağıq".

Azadə Yolçu