Yol polisi xəbərdarlıq etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi buzlaşmış yollarda yarana biləcək fəsadlarla bağlı xəbərdarlıq edib.
İdarədən TNS-ə verilən məlumata görə, xəbərdarlıqda deyilir:
"Bu gün günün birinci yarısı havanın temperaturunun nisbətən yüksəlməsi səbəbindən yollarda qar-buz örtüyünün bir qədər əriməsi müşayiət olundu. Lakin, axşama doğru teperaturun mənfiyə doğru dəyişməsi ilə ərimiş su kütləsinin yenidən donması və yolların buzlaşması gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi şaxtalı havada xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümümnə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.
Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur".