Close

17:32
24 Fevral 2025
16:43
24 Fevral 2025

Ombudsman ötən il üzrə məruzəsini Prezidentə təqdim etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) ölkədə insan hüquqlarının qorunması haqqında 2024-cü il üzrə məruzəsini Azərbaycan Prezidentinə təqdim edib. 

TNS xəbər verir ki, ötən il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.

İllik məruzə eyni zamanda Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.

Ombudsmanın ötən il üzrə məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada bu gün Azərbaycan Prezidentinə təqdim edilib və müvafiq dövlət qurumlarına göndərilib.

2024-cü il üzrə məruzədə İnsan Hüquqları üzrə Müvəkkilin Konstitusiyada və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.