Bakının bu rayonunda su kəsilib
11
11:38 - 24 Fevral 2025

Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı rayonun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb.
TNS bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu gün ikinci yarısınından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.