Close

13:55
24 Fevral 2025
13:38
24 Fevral 2025

Müavinətlər üzrə 92, Prezident təqaüdləri üzrə 58 milyon manat ödənilib

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 463 min nəfərə sosial müavinət, 401 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

TNS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 92 mln. manat, Prezident təqaüdləri üzrə 58 mln. manat ödənilib.

Yanvar ayında 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 738 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.