Close

Azərbaycanda 25 dərəcə şaxta olacaq

Gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayılıb.

Milli Hidrometeorologiya Xidmətindən TNS-ə verilən məlumata əsasən, soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir. Belə ki, Bakıda və Abşeron yarımadasında 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.