Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verildi
28
17:00 - 23 Fevral 2025

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətinin TNS-ə verdiyi məlumata görə, fevralın 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Sarı xəbərdarlığa uyğun olaraq Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Neftçala, Salyan, Qusar, Qobustan, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallıda qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.