Close

Bu ixtisaslara qəbul balları arta bilər - VİDEO

"Bu il prestijli ixtisaslarda ballar arta bilər"

TNS xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. Ekspert bildirib ki, ötən illə müqayisədə bu il bəzi universitetlərin plan yerlərinin də artırılması nəzərdə tutulur.

Ekspert deyib ki, plan yerlərinin artması ilə ballarda ciddi mənada dəyişiklik gözlənilməsə də, ötən ildəki kimi bəzi prestijli ixtisasların ballarında artım ola bilər.

Rizvan Fikrətoğlu onu da bildirib ki, keçid balları hər il qəbul olunan tələbələrin sayı, ixtisaslar üzrə tələbat, tələbələrin imtahan nəticələri və ümumi təhsil sistemindəki dəyişikliklər əsasında müəyyən olunur.