Close

Ekspert: “Sürücülər maşını yay təkərləri ilə idarə edir”

Bir neçə gündür ki, Bakı və Abşeronda, eləcə də ölkə ərazisində soyuq və şaxtalı hava hökm sürür. Bu cür havada ən böyük problemlərdən biri də yollarda yaranan təhlükələrlə bağlıdır. Yarana biləcək qəzaların qarşısını almaq üçün bir sıra sadə qaydalara əməl olunmalıdır. Mütəxəssislər vurğulayır ki, sürücülərin peşəkarlığı ilə yanaşı, avtomobillərə bağlı vacib qaydalara əməl olunması belə havalarda qəzaların qarşısının alınması üçün vacibdir.

Hazırda vəziyyət necədir? Sürücülər bu cür şaxtalı havalarda yollara çıxmağa hazırdırmı?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bir çox sürücülərin avtomobili yay təkərləri ilə idarə etdiyini bildirib: “Təəssüf ki, bir cox sürücü qış aylarında şaxtalı havalara hazır deyil. Onlar indi maşını yay təkərləri ilə idarə edirlər. Əyləc sistemi nasaz vəziyyətdə yola çıxırlar. Həmçinin, isiq cihazlarından düzgün istifadə edə bilmirlər. Burada artıq bütün məsuliyyət sürücünün öz üzərindədir”.

Mütəxəssis bildirib ki, bunlarla yanaşı, ölkədə kifayət qədər çox təcrübəsiz sürücü də var.

Aygün