Close

Qarlı havada 165 nəfər xəsarət alıb - YENİLƏNİB

Qarlı havada 165 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib.

Məlumata görə, hava şəraiti ilə əlaqəli olaraq indiyə qədər xəsarət alan 165 nəfər instituta müraciət edib.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. Onlardan 13 nəfərə cərrahi müalicə tətbiq olunub.

12:37

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciət edib.

Bu barədə TNS-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub.

Aygün