Azərbaycandakı klinikadan Rusiyanın Baş Prokurorluğuna şikayət edildi - VİDEO

Azərbaycanda həkim əvvəllər işlədiyi klinikanı və baş həkimi Rusiya Prokurorluğuna şikayət edib.
TNS Xezerxeber.az-a istinadla xəbər verir ki, söhbət iki gün əvvəl ''Xəzər Xəbər''də yayımlanan süjetdə pasiyentinin şikayətçi olduğu həkim-Kəmalə Mirzəyevadan gedir.
O bildirib ki, faktiki olaraq Rusiya vətəndaşıdır və Azərbaycanda əvvəllər işlədiyi "Med Aura" Klinikası onun barəsində düzgün olmayan məlumatlar yayıb.
Bu səbəbdən də, o həmin klinika barəsində Rusiya prokurorluğuna şikayət edib.
Pasiyentlərin həmin həkimdən şikayətinə Kəmalə Mirzəyeva bildirib ki, bu şikayətlər də araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: