Close

Tanınmış jurnalistə ağır itki üz verib

"Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Əruda ağır itki üz verib.

TNS xəbər verir ki, jurnalistin atası Ramiz Seyfullayev uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında 74 yaşında vəfat edib.

Mərhum bu gün Zabrat qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Biləsuvarın Nərimankənd kəndində anadan olan R.Seyfullayev uzun illər pedaqoji fəaliyyət göstərib. Mərhumun üç mərasimi fevralın 24-də Bakının Kazım Kazımzadə küçəsində yerləşən Tural mərasim evində (Zoopark ilə üzbəüz) baş tutacaq.

Allah rəhmət eləsin!