Bu ərazilərdə işıqlar yanır, yoxsa yox?

Ölkə ərazisində güclü küləklə müşayiət olunan qarlı-şaxtalı hava var. Fevralın 20-dən başlayan güclü külək bu gün də davam edir. Bu cür havanın başlaması ilə yaranan problemlər arasında elektrik kəsintisi də var. Artıq dünən axşamdan xüsusilə, Abşeron rayonu ərazisində, eləcə də Bakıətrafı qəsəbələrdə işqla bağlı problemlər yaşanır.
Həm sosial şəbəkələrdə yazılanlardan, həm də TNS-ə daxil olan məlumatlardan aydın olur ki, Binəqədi, Ramana, Masazır, Suraxanı rayonunun bir hisəsi, Binə Sovxoz kimi yaşayış massivlərində elektrik kəsintisi problemi var.
Adıkeçən ərazilərdə elektrik kəsintilərinin səbəbləri ilə bağlı “Azərişıq” ASC –dən soruşduq.
Qurumdan TNS-ə problemlərin bəzi ərazilərdə səhər saatlarında yarandığı və artıq həll olunduğu bildirildi.
Artıq hər yerdə elektrik enerjisinin verilişinin təmin oldunduğu vurğulanıb.
Halbuki, ötən gün axşamdan işıqları sönən ərazilər var ki, hələ də elektrik enerjisi verilməyib.