Xəzərdə gəmilər sığınacaqlara çəkildi
8
12:45 - 21 Fevral 2025

Xəzər dənizi akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara çəkilib.
TNS xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC məlumat yayıb.
"ASCO-nun həm Dəniz Nəqliyyatı, həm də Xəzər Dəniz Neft Donanmasına məxsus gəmiləri hava şəraiti ilə əlaqədar lövbər dayanacaqlarına və sığınacaqlara yan alıblar", - məlumatda deyilir.