"Rəşid bəy və Səadət xanım" kitabı nəşr olundu

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanovanın ön söz yazaraq fransız dilindən tərcümə etdiyi “Rəşid bəy və Səadət xanım (Azərbaycan və fransız dillərində)” kitabı işıq üzü görüb.
TNS xəbər verir ki, kitab görkəmli Azərbaycan yazıçısı, general-mayor İsmayıl bəy Qutqaşınlının (1806-1861) 1835-ci ildə Varşavada fransız dilində nəşr olunmuş və hazırda bir nüsxəsi AMEA-nımn Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əski çap kitabları fondunda VII-37-2318 şifrəsi ilə mühafizə olunan “Rəşid bəy və Səadət xanım” əsərini özündə əks etdirir.
Nəşrə əsərin orijinaldan Azərbaycan dilinə tərcüməsi və fransız dilində orijinalı (dəyişdirilmədən) daxil edilib.