Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Media nümayənləri Əsgəran rayonunda - FOTOLAR

Əsgəran rayonuna təşkil olunan media tura start verilib.

TNS-in Qarabağ müxbirinin xəbərinə görə, media nümayəndələri ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Əsgəranda olduqları Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub.

Əsgəran qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur.

Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada və nəqliyyat) hazırlanması planlaşdırılır.

Kompleks ərazisində ilin dörd fəslində festival və mədəni tədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, Qarabağın hakimi Pənahəli xanın göstərişi ilə inşa olunan XVIII əsrə aid Əsgəran qalası Azərbaycan memarlığının nadir nümunələrindəndir.

WhatsApp_Image_2025-02-21_at_12-13-01_1

WhatsApp_Image_2025-02-21_at_12-13-03_2

WhatsApp_Image_2025-02-21_at_12-13-03_1

WhatsApp_Image_2025-02-21_at_12-13-01_1.[1]

WhatsApp_Image_2025-02-21_at_12-13-02_1