Bakıda sınan ağaclar götürüldü
13
11:12 - 21 Fevral 2025

Bakıda qarlı və küləkli hava şəraiti səbəbindən sınan ağaclar operativ şəkildə götürülüb.
TNS xəbər verir ki, paytaxtda havaların qeyri-sabit və küləkli keçməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin digər qurumları kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.
Gecə saatlarında şiddətli külək nəticəsində sınmış və zədələnmiş 5 ədəd ağac birliyin mobil qrupları tərəfindən operativ şəkildə götürülüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib.